Zöhrə Abdullayevadan sonra Röya da "Tövbə" dedi - VİDEO

Zöhrə Abdullayevadan sonra Röya da Tövbə dedi - VİDEO
Video
Şou-biznes 811

Xalq artisti Röya Ayxan Türkiyədə ifa olunaraq populyarlaşan mahnını repertuarına daxil edib.

BAKU.WS xəbər verir ki, sənətçi mərhum Əməkdar artist Zöhrə Abdullayevanın ifasında səsləndirilən "Tövbə" mahnısını oxuyub.

Röya Ayxan bəstəni hələ Z.Abdullayevanın sağlığında duet şəklində oxumağı planlaşdırsa da, Əməkdar artist vəfat etdiyindən "Tövbə"ni solo ifa edib.

Sözügedən mahnının müəllif hüquqları üçün Hakkı Buluta müraciət olunaraq icazə alınıb. İfa bütün musiqi platformalarında paylaşılıb.

Qeyd edək ki "Tövbə"ni Türkiyədə müğənni Kibariyə və başqaları da oxuyub. Zöhrə Abdullayeva isə həmin mahnını 1995-ci ildə ifa edib.

Son xəbərlər