Zemfira: “Ən ehtiraslı atı seçdim” (FOTO/VIDEO)

Zemfira: “Ən ehtiraslı atı seçdim” (FOTO/VIDEO)
Şou-biznes 1961

Teleparıcı Zemfira Adıgözəlova yeni fotosessiya etdirib. 

BAKU.WS xəbər verir ki, aparıcının yeni şəkilləri öncəkilərdən fərqli olub. O mənada ki, Z.Adıgözəlova at belində şəkillər çəkdirib.

Z.Adıgözəlova çəkilişlə bağlı təəssüratlarını bölüşüb:

"Fotosessiya üçün seçdiyim atla bağlı mənə xəbərdarlıq etdilər, kaprizli olduğunu söyləyib, onunla çəkiliş etməyi məsləhət bilmədilər. Lakin atın rəngi, gözəlliyi və geyimimə uyğunluğu baxımından israrla onu istədiyimi dedim. Çəkilişin əvvəli rahat keçsə də, sonrakı prosesdə at kaprizlərini göstərməyə başladı. Atın yəhərini əlimdə saxlaya bilmirdim, qaçmaq istəyirdi. Sən demə, mən mərkəzdə olan ən ehtiraslı atı seçmişəm. O, çəkiliş prosesini tərk edib, dişi atların yanına getmək istəyirdi. Çətinliklə də olsa, fotosessiyamızı uğurla yekunlaşdırmağı bacardıq”.

Teleaparıcının makiyajı üzərində stilist Nura Babayeva çalışıb.

Fotoların müəllifi Ruslan Teymurlatovdur.

BAKU.WS

 

Oxşar xəbərlər

Bu günlərdə ata olan Kərimdən yeni fotosessiya (FOTO)

Bu günlərdə ata olan Kərimdən yeni fotosessiya (FOTO)

Azərbaycanlı müğənni Kərim Abbasov yeni fotosessiya etdirib. BAKU.WS xəbər verir kii, şəkillər "My fashion” çərçivəsində çəkilib. İfaçı çəkimlər üçün bir ne...

1174 Şou-biznes 11:39 27 sentyabr 2016

Son xəbərlər