Azərbaycanlı aparıcı: "Sinəm "vizit-kartım", saçım isə şəxsiyyət vəsiqəmdir"
Aparıcı-aktrisa Zemfira Adıgözəlova yeni sevdaya düşüb.
BAKU.WS bildirir ki, axşam.az-a açıqlama verən aparıcı biznes-ledi olmaq istəyir. O, modelyer kimi özünü sınamağı planlaşdırdığını deyib:
"Həmişə arzum olub ki, özəl biznes qurum. Məsələn, rəqs məktəbi açmaq. İstərdim ki, Türkiyənin məşhur "Anadolu atəşi" kimi Azərbaycanda rəqs qrupları yetişdirilsin. Digəri isə moda evi açmaqdır. Şou-biznesdə o qədər zövqsüzlər var ki, hamısını ora dəvət edib, stilini dəyişmək istəyirəm. Onları qədimi saç düzümündən, kəkildən, qaşlarına saç dibinə kimi çəkdikləri "quşlardan" xilas edərdim. Hər iki biznes böyük məbləğ tələb edir. İnşallah, yaxın günlərdə bu istəyimi reallaşdıracam".
Z.Adıgözəlova sinəsi silikon etdirməsi ilə bağlı yayılan şayiələrə də son qoyub:
"Estetik əməliyyata münasibətim çox yaxşıdır. Bu addımı atanları da alqışlayıram. Qüsurları olduğu halda, "məndən yoxdur" deyib, dolaşanlardan acığım gəlir. Mən heç bir plastik müdaxilə etdirməmişəm. Sinəm silikon deyil. Bu bədən quruluşu genetikdir. İmkanım olsaydı, sinəmi kiçildərdim. Çünki kimi görürəmsə, ilk sinəmə, sonra saçıma baxır. Sinəm mənim "vizit-kartım", saçım isə şəxsiyyət vəsiqəmdir. Bu yaxınlarda plastik əməliyyat etdirəcəm, amma sinəmdə yox".
BAKU.WS
Oxşar xəbərlər
Rəqqasə Oksana yeni biznes qurdu (FOTO)
Tanınmış rəqqasə Oksana Rəsulova özünə yeni biznes qurub. BAKU.WS məlumat verir ki, rəqqasə "Сhandramukhi” adlı rəqs studiyası açıb. Bu haqda O.Rəsulova Instag...