Zaura sərt sözlər: "Sən bunu efirdə açıqlamayacaq qədər qorxaq, aciz və cahilsən" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Parodiyaçı Elnur Mahmudovun Xəzər TV-dəki fəalliyyətinə son qoyulub.
BAKU.WS xəbər verir ki, aktyor bu barədə sosial şəbəkədə yazıb.
"5-də 5" verilişində müğənniləri “Muşkulat” obrazı ilə parodiya edən aktyor bildirib ki, Zaur Kamalın təkidi ilə işdən uzaqlaşdırılıb:
“Bir həftə olar ki, “5/5” verilişindən çıxdığımı sosial şəbəkədə elan etmişəm. Çünki verilişin aparıcısı öz kollektivinin yanında ərizəni hörmətsiz, kobud, özünəməxsus şəkildə qabağıma tulladı ki, könüllü yaz, işdən çıx.Səbəbini soruşduqda “səninlə işləmək istəmirəm” dedi. Buna ən böyük şahidim Allahdır. Mən də öz növbəmdə cavab olaraq qarşısındakını alçaltmağı, sındırmağı sevən bu adama bildirdim ki, qarşındakı oğlandı, məni kiminləsə səhv salma, bunu normal insan kimi deyə bilərdin. O da “səni mən adam etmişəm” dedi. Allaha and olsun, heç bir səbəb göstərmədi. Aramızda müəyyən söz atışmaları oldu. Kanalla olan münasibətimin, hörmətimin buna görə korlanmağını istəmədim və bir daha bu şəxslə üz-üzə gəlməmək üçün ərizəmi yazdım.
Yəqin, bu videonu sona qədər izlədiniz. Buna inanıb mənə və mənim atama zənglər oldu. Yaxınlarım bu videoya inanıblar. Üç nəfərin yanında mənə səbəbsiz yerə ərizə yazdıran, məndən narazı olan bu adam 1 həftədir, efirdə məni verilişdən uzaqlaşdırdığını açıqlaya bilmir. Əvəzində isə belə bir gülünc vəziyyətə düşüb. Sən normal şəkildə Elnur Mahmudovun verilişdən getdiyini deyə bilməyəcək qədər qorxaq, aciz və cahilsən. Sənə bu ideyanı verən senaristin... Üstəgəl, baxıram bəzi müğənnilərdən xahiş edib, bu videonu paylaşdırıb. Müğənniləri başa düşürəm, münasibətə görə ediblər, onlardan narazılığım yoxdur".
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...