Zamiq Hüseynov: "Tamami ilə kənara çəkildim, mənə zəng etməsin!" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Zamiq Hüseynov açıqlamaları ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, yaxın zamanlarda musiqisevərlər qarşısında konsert proqramı ilə çıxış edəcək Zamiq bəzi məqamlara aydınlıq gətirib. Bu haqda "MTV" kanalına müsahibə verən sənətçi konserti üçün satışa çıxarılan biletlərinin 2 saat sonra bitdiyini bildirib. Müğənni artıq heç kimin ondan konsert bileti istəməməsini xahiş edib:
"Gecənin aparıcısı Leyla Quliyevadır. Hamı "Darıxdım" duetimizi çox bəyəndi, əgər alınarsa, onu birgə oxuyacağıq. Elşad Xose, Röya Ayxanla da duetimiz ola bilər. Konsertin məqsədi əvvəldən bəllidir.
Bilet satışa çıxarılan gündən 2 saata bitdi. Kimsə, hətta dostlarım belə bilet üçün mənə zəng etməsin. Mən tamamilə kənara çəkildim, anonslardan da hər şey məlumdur. Öz yaxınlarıma bilet almaq istədim, təsəvvür edin bitmişdi artıq. Vəziyyət düzələndə söz verdiyim kimi 2-3 gün silsilə konsert verməyi düşünürəm".
Qeyd edək ki sənətçinin 7 yanvar 2022-ci ildə Heydər Əliyev sarayında baş tutacaq "Var ol" adlı musiqili gecəsi şəhid və qazi ailələrinə həsr olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək konsertdə əsasən şəhid və qazi ailələri dəvətli qismində yer alacaq. Satışa çıxarılan biletlərdən əldə olunacaq vəsait isə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanan qazilərin və şəhid ailələrinin təminatına dəstək məqsədilə "Yaşat" fonduna ianə ediləcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...