Yuxu rejimi ilə maaş arasında nə əlaqə? - İNANMAYACAQSINIZ
Yeniliklərdən dərhal xəbərdar olun
Alto Universitetinin (Finlandiya) alimləri müəyyən ediblər ki, təbii olaraq gec yatmağa üstünlük verən insanlar daha çox pis sağlamlıq vərdişlərinə malikdirlər ki, bu da aşağı əmək haqqı ilə bağlıdır.
BAKU.WS lent.az-a istinadən bildirir ki, alimlərin istifadə etdiyi məlumatlar 1966-cı ildə finlər arasında əhaliyə əsaslanan kohort sorğusundan götürülüb.
Nəticədə müəlliflər 5 min iştirakçının xronotipi, onların vərdişləri və maaşları haqqında məlumat əldə ediblər. Xronotip bədənin sirkadiyalı ritmlərinin fərdi, təkamül yolu ilə inkişaf etmiş və genetik olaraq əvvəlcədən müəyyən edilmiş xüsusiyyətləridir.
Tədqiqatçılar müəyyən ediblər ki, axşam xronotipinə malik olmaq əmək haqqına dolayı təsir göstərir. Gec yatan insanlar daha az fiziki aktivlik, siqaret çəkmək və daha çox spirtli içki qəbul etmək kimi qeyri-sağlam davranışlara daha çox meyllidirlər. Onlar da yuxusuzluqdan daha çox əziyyət çəkirlər. Bu, onların əmək haqqına təsir edir.
Gələcəkdə müəlliflər bu nümunənin səbəb-nəticə əlaqələrini qurmaq üçün başqa bir araşdırma aparacaqlar.
Oxşar xəbərlər
Qəhvənin orqanzimə ZƏRƏRLƏRİ AÇIQLANDI
Nədən bu içki dünyada bu qədər rəğbət qazanıb və eyni zamanda bir çox xəstəliklərdə həkimlər tərəfindən qadağan edilir? Elm bu barədə nə deyir? BAKU.WS "Medicin...