"Yox, yox, yox! ARB-də dediklərinizi..." - Afaq Bəşirqızının söyüşü yenidən gündəmdə - VİDEO

İctimai TV-də yayımlanan "3D" proqramı Xalq artisti Afaq Bəşirqızının canlı yayımda efirə gedən " rel="external noopener noreferrer">söyüşünü yenidən gündəmə gətirib.
BAKU.WS xəbər verir ki, verilişin Əziz adlı personajı Elgizi parodiya edib.
Quraşdırılan səhnəcikdə eynilə "Elgizlə izlə" verilişində olduğu kimi " rel="external noopener noreferrer">"3D" verilişində də Xalq artisti Afaq Bəşirqızıdan zəng gəlir. Elgizin xarici görünüşünü yamsılayan Əziz aktrisa ilə ingilis dilində danışmağa başlayır. Daha sonra bir neçə saniyə susaraq A.Bəşirqızını dinləyir və "Yox, yox, yox! ARB-də dediklərinizi tərcümə etməyəcəm" deyir.
Xatırladaq ki, A.Bəzirqızı "Elgizlə izlə" proqramı yayımlanan zaman Elgizə zəng edərək qeyri-etik ifadə işlətmişdi. Aparıcının mikrofonu açıq olduğundan söyüşlər efirə getmişdi. Xalq artistinin söyüş söyməsi ictimaiyyətdə rezonans doğurmuşdu. Bu hadisədən sonra Milli Televiziya və Radio Şurasının qərarı ilə ARB TV-nin yayımı 6 saat dayandırılmışdı.
Oxşar xəbərlər
Afaq Bəşirqızı ilə fotosunu paylaşan Elgiz Əkbər söyüşlərlə qarşılandı - VİDEO
Xalq artisti Afaq Bəşirqızının "Elgizlə İzlə" proqramında Elgiz Əkbərlə telefon danışığı zamanı işlətdiyi qeyri-etik ifadənin efirə getməsi ictimaiyyətdə geniş...
