Afaq Bəşirqızı ilə fotosunu paylaşan Elgiz Əkbər söyüşlərlə qarşılandı - VİDEO

Xalq artisti Afaq Bəşirqızının "Elgizlə İzlə" proqramında Elgiz Əkbərlə telefon danışığı zamanı işlətdiyi qeyri-etik ifadənin efirə getməsi ictimaiyyətdə geniş müzakirəyə səbəb olub. Ünvanına səslənən mənfi fikirlərə tab gətirməyən A.Bəşirqızı qalmaqala səbəb olan açıqlamalarından sonra "İnstagram" hesabını silib.
BAKU.WS xəbər verir ki, aktrisanı tənqid edənlərlə yanaşı dəstək olanlar da var. Onlardan biri də Elgiz Əkbərdir.
O, efirdə söyüş söyən Xalq artisti Afaq Bəşirqızı ilə fotosunu "İnstagram"da paylaşaraq “Canımın içi” yazıb. Aparıcının bu addımı izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Elgiz mənfi rəylərin çoxluğunu görüb şərh bölümünü bağlamağa məcbur olub.
Qeyd edək ki, Xalq artisti Afaq Bəşirqızının qeyri-etik ifadəsinə görə Milli Televiziya və Radio Şurasının qərarı ilə dünən ARB TV-nin yayımı 6 saat dayandırılıb.
ARB-nin yayımının dayandırılmasına səbəb olan görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
ARB-nin cəzalandırılmasına səbəb olan VİDEO yayıldı
Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurası ARB telekanalının efirində 21 aprel tarixdə proqramların yayımının saat 10:00-dan saat 16:00-dək dayandı...
