Yersiz İstehsal: dünya hitləri milli səslənmədə - VİDEO
21
dek
2018
13:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur azərbaycanlı prodüserlər Nigar Hacızadə və Emin Əfəndi birgə «Yersiz Istehsal» adlı musiqi layihəsi təqdim etdilər. Layihədə "The Voice of Azerbaijan"-ın qalibi, tanınmış müğənni Emiliya Yaqubova dünya hitlərini milli koloritlərimiz ilə ifa edəcək.«Yersiz Istehsal»-ın rəsmi Youtube kanalında ilk video çarx təqdim olunub — əfsanəvi amerikalı müğənni Maykl Ceksonun "Black or White" mahnısına kaver.Layihənin musiqi rəhbəri Anar Keytarman.Bu layihə üzərində öz işinin peşəkarları, kreativ komanda işləyir və dünyaca məşhur mahnılarını yeni milli səslənmədə azərbaycan tamaşaçısına təqdim edəcək.«Yersiz Istehsal» layihəsinin məqsədi milli musiqi alətlərimizi təbliğ etmək və onları ölkəmizin hüdudlarından kənarında populyarlaşdırmaqdır.BAKU.WS
Oxşar xəbərlər
Türkiyədə idarəolunan milli raket istehsal olunub - VİDEO
Türkiyədə “Bora” milli idarəolunan raketi istehsal olunub.BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Sənayesi Katibliyinin baş di...