Bakının metro stansiyalarında konsert təşkil olunacaq
14
sen
2018
11:00
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti ənənəsinə sadiq qalaraq, 18 Sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək."Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib ki, metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-də sərnişin axını daha çox olan 4 stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq:"Budəfəki proqramda müsiqi proqramları saat 11:00-dan 12:30-dək “İçərişəhər” stansiyası, 12:00-dan 13:30-dək “Sahil” stansiyası, 13:00-dan 14:30-dək “28 May” stansiyası, 14:00-dan 15:30-dək isə “Elmlər Akademiyası” stansiyasında olacaq. Musiqi proqramına milli və klassik musiqi nümunələri daxildir".BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosunda gərgin anlar – Sərnişinlər təxliyyə edildi
Bu gün səhər saatlarında Bakı metrosunda gərgin anlar yaşanıb.BAKU.WS xəbər verir ki, səhər saat 08 radələrində metronun “Ulduz” stansiyası ilə “Nərimanov” stan...