Bakı metrosundan əhaliyə bayram sürprizi (SİYAHI)

Bakı metrosundan əhaliyə bayram sürprizi (SİYAHI)
Sosial 987
 

"Bakı Metropoliteni” QSC Novruz bayramı münasibətilə növbəti sosial layihəni gerçəkləşdirəcək.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən BAKU.WS-ə verilən məlumata görə, metropolitendən istifadə edən sərnişinlərdə ruh yüksəkliyi yaratmaq, onlara bayram ovqatı bəxş etmək məqsədilə martın 20-dən 23-dək sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub.

Konsert proqramının afişası:

- "İçərişəhər” stansiyası – saat 12:15-13:45;

- "28 May” stansiyası – saat 13:15-14:45;

- "Elmlər Akademiyası” stansiyası – saat 14:15-15:45;

- "Memar Əcəmi” stansiyası (Bənövşəyi xətt) – saat 15:15-16:45.

Arzu Mirzəyeva

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər