Yerli məşhurlar bu yay harada və necə dincəlib? - FOTO

Yerli məşhurlar bu yay harada və necə dincəlib? - FOTO
Şou-biznes 1707

 

Sənət aləmin tanınmış simaları isti yay günlərindən istifadə edib istirahətə yollanıblar.

BAKU.WS axşam.az-a istinadən harada, necə dincəldiyi barədə məlumatları təqdim edir. 

Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dənizlə birlikdə əvvəlcə İtaliyada, daha sonra isə Antalyada dincəlib.

Əməkdar artist Röya Ayxan əvvəlcə Fransaya, daha sonra isə Türkiyəyə yollanıb.

Əməkdar artist Lalə Məmmədova qızları Nərgiz və Çinarə ilə birlikdə İsmayıllıda dincəlir.

Müğənni Elton Hüseynəliyev ailəsi ilə birlikdə Bodrumda dincəlib. Daha sonra isə istirahət üçün Qubaya gedib.

Prodüser Tarix Əliyev yay istirahətini Bodrumda keçirib.

Müğənni Gülay Zeynallı ailəsi ilə birlikdə Antalyada istirahət edib.

Müğənni Nadir Qafarzadə bu yay Nabranda və digər bölgələrdə dincəlməyə üstünlük verib.

Müğənni Vasif Məhərrəmli də Bodruma yollananlar sırasındadır.

Müğənni Zamiq Hüseynov əvvəlcə Maldiv adasında, sonra İstanbulda və Barselona da istirahət edib.

BAKU.WS

Son xəbərlər