Yeni müdirin teatrdakı islahatları - "Xalq artistlərini "köhnə mebel" kimi bayıra atırlar"
10
yan
2019
13:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Teatrda 40-50-60 il çalışan aktyorları italyansayağı "köhnə mebel" kimi bayıra atırlar".BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Yasin Qarayev sosial şəbəkə hesabında yazıb. Sənətkar teatra yeni təyin olunmuş müdir Naidə İsmayılzadənin islahatlarını kəskin tənqid edib:
"Təzə müdir Naidə İsmayılzadə, GTT-da əmək məcəlləsində olan köhnə qərarlarla təzə islahatlara başlayıb. Kollektivin 90 illik yubiley sevincləri Yeni il ərəfəsində alt-üst oldu. Yaş senzi ilə bağlı (65 yaş) aktyorlara ərizə yazdırırlar. Bəs görəsən niyə ərizə maddəyə əsaslanaraq əmri ver, vəssəlam da? Məşhur komediyamızda olduğu kimi "Aç qapını,gəlib səni öldürək". Belə ki, bu teatrda 40-50-60 il çalışan aktyorları italyansayağı "köhnə mebel" kimi bayıra atırlar. Tamaşaçıların yaxşı tanıdığı Xalq artistləri Tariyel Qasımov, Ağaxan Salmanlı, Lətifə Əliyeva, Yasin Qarayev, Əməkdar artistlər Atabala Səfərov, Rahib Əliyev və bir çoxları.Bəs görəsən Rusiyada bizim kimi Stanislavski məktəbi ilə işləyən Etuş, Yuriski,Zaxarov, Şirvind və.s kimi 80-90-95 yaşlı teatr və kino xadimlərini nə əcəb saxlayıblar? ABŞ-da Tramp 70 yaşında prezident seçilə bilir, bizdə 70 yaşlı canı sulu aktyor öz sevimli peşəsində işləyə bilmir? Bəs birdən, lazım olarsa, tamaşa və kinoda 70-80 yaşlı nənə və babanı kimlər oynayacaqlar? Belə vəziyyətdə bu suala mən özüm də cavab tapa bilmirəm".Məsələyə aydınlıq gətirmək üçün sözügedən teatla əlaqə saxladıq. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov BAKU.WS-ə açıqlamasında yazılanların əsassız olduğunu dedi: "Qanun var. Hər bir idarədə, dövlət müəssisəsində Əmək Məcəlləsinə uyğun olaraq pensiya yaşına çatmış işçilərlə müqavilə imzalanır. Gənc Tamaşaçılar Teatrı da istisna deyil. Heç kim onları "köhnə mebel" kimi bayıra atmır. Onlar həmişəki kimi fəaliyyətlərini davam etdirəcəklər". "Əgər hər şey qaydasındadırsa, Yasin Qarayev belə bir statusu niyə yazsın?" sualımıza isə B. Osmanov "Aktyorlar kövrək olur", - deyərək cavab verdi. Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
Nazirdən Fəxrəddin Manafov açıqlaması: "...deyə bilmərəm ora get, bura getmə"
Mədəniyyət naziri Əbülfəs Qarayev tanınmış kino və teatr aktyoru, xalq artisti Fəxrəddin Manafovun Azərbaycan Dövlət Rus Dram Teatrından işdən çıxmasına münasib...