Yaxın 5 il ilə bağlı XƏBƏRDARLIQ

Yaxın 5 il ilə bağlı XƏBƏRDARLIQ
Şou-biznes 1535

Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı Ümumdünya Meteorologiya Təşkilatı (WMO) dünyada rekord hava istiliyinin müşahidə oluna biləcəyi tarixi açıqlayıb.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının hesabatında 2023-2027-ci illərdən ən azı birinin ən isti il olacağı vurğulanıb.

Bu 5 ilin hamısının qlobal temperaturun rekord səviyyələrə çatdığı dövr olacağı ehtimalının 98% olduğu bildirilib.

Hesabatda havanın temperaturunun dünyanın müxtəlif yerlərində yağışlara təsir göstərə və yağışların regional miqyasda artıb azala biləcəyi qeyd edilib.

Bildirilib ki, istixana qazı emissiyaları okeanların istiləşməsinə və turşulaşmasına, buzlaqların əriməsinə, dəniz səviyyəsinin qalxmasına və ekstremal hava hadisələrinə də səbəb olur.

Ümumdünya Ticarət Təşkilatının baş katibi Petteri Taalas qeyd edib ki, rekord temperaturlar sağlamlıq, qida təhlükəsizliyi, su idarəçiliyi və ətraf mühit üçün geniş nəticələrə səbəb olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Uşaqlarda hərarətin yüksəlməsi zamanı ilk yardım

Uşaqlarda hərarətin yüksəlməsi zamanı ilk yardım

Valideynlər bilməlidirlər ki, körpələrdə hərarətin bir qədər yüksəlməsi heç də, mütləq olaraq hər hansı bir xəstəliyin əlaməti deyil. BAKU.WS “milli.az”a istina...

5435 Şou-biznes 23:27 15 noyabr 2022

Son xəbərlər