Yaşlı rəssam: “Adamı çoşduran musiqilər haramdır” - VİDEO
Baku TV-də yayımlanan “O vaxtlar” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayında əmircanlı rəssam Fərhad Muradov keçmiş adətlərdən, ailə-münasibətlərindən danışıb.
O, əvvəllər gənclərin əksəriyyətinin valideyn məsləhəti ilə evlənməsindən bəhs edib:
“Valideynlər oğlana təklif edərdilər ki, filankəsin qızı tərbiyəlidir, ailəsi yaxşıdır, onunla ailə qura bilərsən. Özü seçim edib ailə quranlar da var idi. Amma əsasən valideyn məsləhəti olurdu. Çünki cavan adam anlamır ki, seçimi nə dərəcədə doğrudur”.Rəssam əvvəlki musiqi zövqündən də danışıb və qeyd edib ki, köhnə nəsil daha çox muğama qulaq asardı:
“Quranda deyilir ki, bir musiqi ki səni coşdurur, özündən çıxarır, o haramdır. Sənə xoş əhvali-ruhiyyə verən, zövq oxşayan musiqilər isə halaldır”.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...