"Yalı Çapkını"nın Seyranı imicini dəyişdi, çox bəyənildi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin reytinqli "Yalı Çapkını" serialında Seyran obrazını canlandıran Arfa Saraçoğlu imicini dəyişib.
BAKU.WS xəbər verir ki, saçlarını kəsdirən aktrisa qısa saçları ilə sosial mediada diqqət mərkəzinə çevrilib.
Serialın 3-cü sezon çəkilişlərindən saçlarının son görünüşünü paylaşan Saraçoğlunun fotosu qısa zamanda sosial mediada müzakirə mövzusu olub. Saraçoğlunun qısa saçları izləyicilərinin diqqətindən yayınmayıb. Onlar fotoya təriflər yağdırıb.
Qeyd edək ki, "Yalı Çapkını" serialı üçüncü sezonu ilə ekranlara qayıtmağa hazırlaşır. Teleserial komandası dünən çəkiliş meydançasına yollanıb. Serialın üçüncü sezonunun sentyabrın 13-də açılması planlaşdırılır.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...