Yaddaşı gücləndirmək üçün 5 məhsul

Yaddaşı gücləndirmək üçün 5 məhsul
Şou-biznes 519

Ətraf mühit, stres, yaş yaddaşımızın günü-gündən pisləşməsinə yol açır.

BAKU.WS-in məlumatına görə, bəzi tövsiyələrə əməl etməklə bu problemin meydana çıxmasını da gecikdirmək mümkündür. Xüsusi ilə qida rasionunda edilən xırda dəyişikliklər yaddaşınızı daha da gücləndirəcək, informasiyanı sürətli qavramağa imkan verəcək.

Brokoli

Çoxunun sevmədiyi bu tərəvəz K, C və B qrupu vitamini ilə zəngindir. C vitamini beyni sərbəst radikalların təsirindən də müdafiə edir.

Pomidor

Antioksidantla zəngindir. Tərkibi C vitamini və likopin adlı maddə ilə boldur. Bu sayədə beyin, ürək və başqa orqanların xəstəliklərinin inkişafını əhəmiyyətli dərəcədə ləngidir.

Balqabaq toxumu

B qrupu vitamini, maqnezium, selenin mənbəyi hesab edilir. Bu maddələr isə sinir sisteminin fəaliyyətinə müsbət təsir edir, informasiyanı daha yaxşı qavramağa kömək edir.

Qoz

Əsl "beyin stimulyatoru" hesab edilir. Tərkibi yağ turşuları, kalium, maqnium ilə zəngindir. Bu isə öz növbəsində yaddaşı yaxşılaşdırır, idrakı gücləndirir.

Kakao

Çətin əqli işdən öncə kakao içmək məsləhət görülür. Kakao dənələri beyinin işini yaxşılaşdıran triptofan və flavanoidlərlə zəngindir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər