Xumar Qədimova bunu ilk dəfə açıqladı

Xumar Qədimova bunu ilk dəfə açıqladı
Şou-biznes 234

Əməkdar artist Xumar Qədimova şəxsi həyatı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, aparıcı Nanə Ağamalıyevanın “Şou Atv” verilişinə qonaq olan sənətçi ilk dəfə ona edilən sevgi etirafından danışıb:

“Şəxsi həyatıma aid nələrisə paylaşmağı sevmirəm. Amma bunu ilk dəfə açıqlayacam. Bir dəfə bir nəfər mənim yaxın adamıma demişdi ki, “Mən onu çətin, maraqlı qadın olduğuna görə sevirəm. Çünki o, hamı kimi deyil”.

Sonra da həmin adam deyib ki, “Sən mənə and ver ki, bu haqda Xumar xanıma heç nə deməyəcəksən”. O, düşünüb ki, onsuz da mənim çətin xasiyyətim var. Bunu da bilsəm, onun üçün pis ola bilər. Məni sevən insan diqqətcil, qayğıkeş olmalıdır. Mənim üçün xəyanətin ən kiçiyi belə böyükdür”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər