Xroniki stress xərçəngin inkişafını sürətləndirir
Yeniliklərdən dərhal xəbərdar olun
Avstraliya alimləri tərəfindən aparılan araşdırmalar göstərib ki, stress və həyacan orqanizmdə şiş prosesinin yayılmasını sürətləndirir.
BAKU.WS "milli.az"a istinadən xəbər verir ki, Monaşa Farmasevtik institutu alimləri eksperimentlər nəticəsində aşkar ediblər ki, xroniki stress şişi əhatə edən limfatik damarlarının sayını artırır ki, bu da xərçəng hüceyrələrinin orqanizm boyu yayılmasını sürətləndirir.
Tədqiqatçılar stresin təsirini azaltmaq üçün xərçəng xəstələrinə hipertoniya xəstəliyinin müalicəsində istifadə olunan propranolol dərmanını təyin etməyi təklif edirlər. Eksperiment zamanı bu preparat stresə məruz qalan siçanlara verilirdi. Nəticədə məlum olub ki, şişin inkişafı ləngiyib.
Hal hazırda alimlər araşdırmanı süd vəzi xərçəngi xəstəlyi olan qadınların iştirakı ilə aparmağı planlaşdırırlar.
Oxşar xəbərlər
Pandemiya zamanı stressin idarəedilməsi yolları AÇIQLANDI
Səhiyyə Nazirliyinin yanında fəaliyyət göstərən Təcili Psixoloji Yardım Mərkəzinin rəhbəri Günel Əliyeva COVİD-19 pandemiyası zamanı stresin idarəedilməsi barəd...