Xırdalanın "Bombey" məhəlləsinin uşaqları artıq sığınacaqdadır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, qurum təmsilçisi bir müddət əvvəl Xırdalan şəhərində "Bombey" məhəlləsində ağır vəziyyətdə olan 4 bacı-qardaşın görüntülərini yayımlayıb.
Kəmalə Ağazadə bildirib ki, həmin uşaqlar artıq sığınacağa yerləşdirilib:
"Yadınızdadır, Xırdalanda "Bombey" məhəlləsində ağır durumdan çıxartdığımız 4 bacı-qardaş. 8 ay ərzində onların reabilitasiyası həyata keçirildi. 6-7 yaşlı bacıların reabilitasiyası uzun zaman apardı və balacaları da onlardan ayırmaq düzgün olmazdı.
Uşaqlar bu gün Sosial Xidmətlər Agentliyinin sığınacağına yerləşdirildi. Növbəti mərhələ onların dövlət qayğısı ilə əhatə olunması, valideyni ilə bağlı qərarın verilməsidir".
Oxşar xəbərlər
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdü - YENİLƏNİB - VİDEO
Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyy...