Xəzər TV-dən Tolikin verilişi ilə bağlı RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər Televiziyası tanınmış prodüser və aparıcı Tarix Əliyevin verilişi ilə bağlı açıqlama yayıb.
BAKU.WS-in məlumatına görə, açıqlamada bildirilir ki, Xəzər Televiziyasına yeni təyin olunmuş Baş direktor Murad Dadaşovun rəhbərliyi ilə peşəkar mütəxəssislərdən ibarət yaradıcı qrup formalaşdırılıb. Bu qrup televiziyanın efirində yayımlanan verilişlərin məzmun və keyfiyyətini nəzərdən keçirir.
Keçirilən ilk iclasda "Hər şey daxil" verilişinin yayımının dayandırılmasına qərar verilib, aparıcı Tarix Əliyev və verilişin komandasına isə yeni telelayihənin hazırlanması tapşırılıb.
Qeyd edək ki, yaradıcı heyət televiziyanın proqram siyahısına daxil olan bütün layihələrin monitorinqini aparmaqda və keyfiyyət analizini həyata keçirməkdədir. Monitorinqlərin nəticəsindən asılı olaraq, digər verilişlərdə də məzmun dəyişikliklərinin ediləcəyi istisna olunmur.
Media orqanı olaraq bəyan edirik ki, növbəti televiziya mövsümündən, yəni cari ilin payızdan etibarən "Xəzər TV" daha məzmunlu, dolğun, əhatəli və xalqımızın milli mənəvi dəyərlərinə uyğun yeni telelayihələrlə tamaşaçıların görüşünə gələcək.
Oxşar xəbərlər
“Xəbərləri 20 dəqiqə o vəziyyətdə apardım” – İTV-nin aparıcısı Ramiz İdrisoğlu (MÜSAHİBƏ)
BAKU.WS-in budəfəki müsahibi İTV-nin tanınmış aparıcısı Ramiz İdrisoğludur. -Özünüzü oxucularımıza necə təqdim edərdiniz?-Elə sadəcə aparıcı Ramiz İdrisoğlu.-İd...