Xəyyam Nisanovun konsertindən GÖRÜNTÜLƏR - FOTO/VİDEO

Xəyyam Nisanovun konsertindən GÖRÜNTÜLƏR - FOTO/VİDEO
Foto Video
Şou-biznes 98

Əməkdar artist Xəyyam Nisanov Heydər Əliyev Mərkəzinin parkında konsert verib.

BAKU.WS xəbər verir ki, "10 il sizinlə" şüarı ilə reallaşan musiqili proqramda sənətçi sevənləri üçün müxtəlif kompozisiyalarını səsləndirib. Anşlaqla keçən konsertdə Nisanov mahnılarını canlı olaraq ifa edib.

Əməkdar artist məmnunluğunu ifadə edərək bu tərz konsertlərin davamlı olmasını istədiyini deyib:

"Konsert ab-havası üçün çox darıxmışdım. Gecəmiz mükəmməl keçdi, razı qaldım. Pərəstişkarlarımın mənimlə bir ağızdan oxuması zövq verirdi. Arzulayıram ki, silsilə konsertlər davam etsin. Məni izləməyə gələn bütün sevənlərimə yüksək enerji, sevgilərinə görə təşəkkür borcluyam. Ən əsası belə gözəl konserti təşkil etdiklərinə görə Heydər Əliyev mərkəzinin rəhbərliyi və bütün heyətə minnətdaram".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər