Xəyyam Nisanov və Elton Hüseynəliyev Prezidentə təşəkkür etdilər - FOTO/VİDEO

Xəyyam Nisanov və Elton Hüseynəliyev Prezidentə təşəkkür etdilər - FOTO/VİDEO
Video
Şou-biznes 518

Əməkdar artistlər Xəyyam Nisanova və Elton Hüseynəliyevə Fəxri adlar təqdim olunub.

BAKU.WS xəbər verir ki, sənətçilərə "Əməkdar artist" fəxri adını Mədəniyyət naziri Anar Kərimov təqdim edib.

Hər iki məşhur keçirdiyi sevinc hisslərini media nümayəndələri ilə bölüşüblər.

Əməkdar artist Xəyyam Nisanov Prezident İlham Əliyevə və xalqımıza dərin minnətdarlığını ifadə edib:

"Bir daha hörmətli cənab prezidentimizə, Mədəniyyət nazirliyimizə və çox dəyərli xalqımıza mənə göstərdiyi yüksək etimada, sənətimə verilən dəyərə görə təşəkkür edirəm. Bundan sonra ölkəmizə, xalqımıza, mədəniyyətimizə sevgi və hörmətlə xidmət edəcəyimə söz verirəm!"

Xəyyam Nisanov və Elton Hüseynəliyev Prezidentə təşəkkür etdilər - FOTO/VİDEO

Xəyyam Nisanov və Elton Hüseynəliyev Prezidentə təşəkkür etdilər - FOTO/VİDEO

Əməkdar artist Elton Hüseynəliyev də həmkarı Xəyyam Nisanov kimi Prezident İlham Əliyevə və Mədəniyyət Nazirliyinə təşəkkür edib:

"Ən böyük zirvə məhz elə fəxri addır. Cənab prezidentimizə öz təşəkkürümü bildirirəm, cansağlığı arzu edirəm. Mədəniyyət Nazirliyimizə dərin minnətdarlığımı bildirirəm. Allah bu hissləri bütün sənət adamlarına yaşatsın. Sevincimin həddi-hüdudu yoxdur. Bu fəxri adı almaq mənim üçün qürurdur. Çünki burada prezidentimizin imzası var".

Xəyyam Nisanov və Elton Hüseynəliyev Prezidentə təşəkkür etdilər - FOTO/VİDEO

Xəyyam Nisanov və Elton Hüseynəliyev Prezidentə təşəkkür etdilər - FOTO/VİDEO

Qeyd edək ki, 2021-ci ilin oktyabrında Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin sərəncamı ilə “Əməkdar artist” adı verilən sənətçilər arasında tanınmış müğənnilər Elton Hüseynəliyev və Xəyyam Nisanov da yer alıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər