Eyyub Yaqubovun möhtəşəm konsertindən GÖRÜNTÜLƏR - FOTO/VİDEO

Eyyub Yaqubovun möhtəşəm konsertindən GÖRÜNTÜLƏR - FOTO/VİDEO
Foto Video
Şou-biznes 168

20-21 iyul tarixlərində "Yaşıl teatr"da Xalq artisti Eyyub Yaqubovun solo konserti baş tutub.

BAKU.WS xəbər verir ki, konsert "Sound pro" media qrup tərəfindən və uzun illər sonra paytaxtımızda yaradılan "Big band sound pro"nun müşayiəti ilə təşkil olunub.

Tədbirin aparıcısı Əməkdar artist Elnur Kərimov olub.

Gecədə Dövlət Televiziyasının solisti, eyni zamanda "Big band" qrupunun bədii rəhbəri Fuad Musayev və qrupun solisti Natavan Cəbizadənin canlı ifaları da yer alıb. Fuad Musayev cazmen, Xalq artisti Cavan Zeynallı ilə "Qaya" qrupunun mahnılarını ifa ediblər.

Konsertin qonaqları sırasında tanınmış müğənni Akif İslamzadə, Əməkdar artist, aktrisa Kübra Əliyeva, televiziya aparıcısı, Azərbaycanın xalq artisti Şərqiyyə Hüseynova, "Parni iz Baku" KVN komandasının üzvləri, Əməkdar artistlər Cabir, Tahir İmanov qardaşları və digərləri olub.

Möhtəşəm konsert Eyyub Yaqubovun "Bakılı balasıyam" mahnısıyla sona çatıb. Anşlaqla keçən özəl gündə Eyyub Yaqubovun son çıxışı ayaqda alqışlanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər