Xəstəxanaya yerləşdirilən 82 yaşlı Xalq artisti SƏHHƏTİNDƏN DANIŞDI
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün xəstəxanaya yerləşdirilən Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun son vəziyyəti açıqlanıb.
Bu barədə BAKU.WS-ə açıqlama verən aktyor hazırda səhhətinin stabil olduğunu vurğulayıb.
O qeyd edib ki, bir sıra xəstəlikləri ilə bağlı xəstəxanaya yerləşdirilib:
"Məndə xəstəlik bir deyil çoxdur. COVID 19-a yoluxduqdan sonra bronxlarımda xəstəlik qaldı. Başqa bir xəstəliyim isə mədə-bağırsaqla bağlıdır. Son zamanlar gəzən virusa da yoluxmuşam. Sağ tərəfim quruyub, stəkan tuta bilmirəm. Prostatdan da əziyyət çkirəm. Dünəndən analizlər vemişəm. Həkimlər bu gün mədəmi yuyacaq. Mədə-bağırsaq problemimi həll etməyə çalışacaqlar. Mənə görə narahat olan dua edən hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, ötən gecə Şeyx Əbdül Mahmudbəyovun səhhəti qəfildən pisləşib. O səhhətində yaranan ciddi problemlər səbəbilə xəstəxanaya yerləşdirilib.
Hazırda onun müalicəsi "MedEra" xəstəxanasında davam etdirilir.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...