Xərçəngdən əziyyət çəkən Xalq artisti yenidən xəstəxanada - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bir müddət əvvəl Türkiyədə müalicə alıb vətənə qayıdan Xalq artisti Ağadadaş Ağayevdən xəbər var.
BAKU.WS xəbər verir ki, sənətçi yenidən Türkiyəyə yollanıb. Bu haqda Xalq artisti sosial şəbəkə hesabında məlumat verib. A.Ağayev xəstəxanadan fotosunu paylaşaraq bunları əlavə edib:
“Yoxlamalar üçün İstanbula gəldim və müayinədən keçdim. Nəticələr bir həftə sonra məlum olacaq. Hər zamankı kimi dualarınıza ehtiyacım var”.
Xatırladaq ki, Xalq artisti uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir. O, Türkiyədə müalicə aldığı müddətdə bir neçə dəfə ağır əməliyyatlar keçirib.
Oxşar xəbərlər
Azərbaycanlı məşhurlardan Türkiyəyə dəstək - FOTO
İyulun 28-dən etibarən genişmiqyaslı meşə yanğınları Türkiyəni cənginə alıb. Həmin ərazilərə yaxın yerlərdə yaşayan sakinlərin evləri, mal-mülkləri yanaraq külə...