"Xərçəngə qalib gəldim, amma xəyanətə uduzdum" - Türkiyəli müğənninin faciəli həyat hekayəsi

Xərçəngə qalib gəldim, amma xəyanətə uduzdum - Türkiyəli müğənninin faciəli həyat hekayəsi
Video
Şou-biznes 473

Murat Göğebakan Türkiyə musiqisinin ən ağrılı və səmimi səslərindən biri idi.

Onun həyatı səhnədə alqışlarla, səhnə arxasında isə dərin sarsıntılarla keçib. Sevgi, xəyanət, xəstəlik - hamısı bir insanın taleyində cəmlənib.

BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

1968-ci ildə Adana şəhərində doğulan sənətkarın həyatı uşaqlıqdan sınaqlarla dolu olub. Sağlamlıq problemi, valideynlərinin ayrılığı və ən ağır zərbə - yeddi yaşlı qardaşının ölümündə günahlandırılması onu daxildən sarsıdır. Amma o, bütün ağrıları musiqiyə çevirir. "Ay üzlüm", "Vurğunam" kimi mahnılarla milyonların qəlbinə yol tapır və "Sevgi adamı" kimi tanınır.

Həyatının ən çətin dövrü isə 2009-cu ildə başlayır - ona leykoz diaqnozu qoyulur. 208 günlük mübarizədən sonra o, xərçəngi məğlub edə bilir.

Lakin bu dövrdə həyat yoldaşı Sema Bekmezin ona xəyanət etdiyi idiaları gündəmə gəlir. Bu hadisə müğənnini xəstəlikdən daha çox sarsıdır. Onun bu sözləri isə uzun müddət unudulmur: "Xərçəngi məğlub etdim, amma xəyanətə uduzdum".

İkinci dəfə xərçəng diaqnozu qoyulan sənətçi uzun mübarizədən sonra - 2014-cü ildə 45 yaşında həyatını itirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...

346 Dünya 14:37 28 oktyabr 2026

Son xəbərlər