Xatirənin dəbdəbəli malikanəsində ad günü keçirildi - FOTO/VİDEO

Xatirənin dəbdəbəli malikanəsində ad günü keçirildi - FOTO/VİDEO
Foto Video
Şou-biznes 18863

Müğənni Xatirə İslamın ailəsində xoş gün olub.

BAKU.WS xəbər verir ki, sənətçi yaxınlarını və dostlarını bir yerə yığaraq həyat yoldaşı Fəxrəddinin ad gününü qeyd edib.

Xatirə doğum günündən lentə alınan fotoları və görüntüləri şəxsi “Instagram” hesabında yayımlayıb.

O, paylaşımına “Nə yaxşı ki, həyatımda sənin kimi əsl və təmənnasız insan var. Həyat yoldaşım, dostum, qardaşım, sirdaşım, dayağım... Ad günün mübarək. Allah sənə dəyməsin” sözlərini yazaraq onu təbrik edib.

Ad günündən paylaşılan görüntülərdə Xatirənin bahalı malikanəsi diqqətdən yayınmayıb.

Müğənni və həyat yoldaşı ad gününü qeyd etmək üçün dəbdəbəli bağ evini seçiblər.

Qeyd edək ki, Xatirə İslam həyat yoldaşı Fəxrəddinlə 2012-ci ildə ailə həyatı qurub. Cütlüyün bu evlilikdən Emil adlı bir övladı var.

Son xəbərlər