Xatirə İslamdan xanım aparıcıya sərt sözlər: “Bəs peşəkarlıq?” - VİDEO

Xatirə İslamdan xanım aparıcıya sərt sözlər: “Bəs peşəkarlıq?” - VİDEO
Video
Şou-biznes 545

Müğənni Xatirə İslam sosial şəbəkə hesabında yeni paylaşım edib.

BAKU.WS xəbər verir ki, sənətçi “Instagram” hesabında video yayımlayaraq aparıcı Mətanət Əliverdiyevanın ünvanına tənqid dolu fikirlər səsləndirib.

Buna səbəb bir neçə gün əvvəl aparıcının Xatirə İslamın xınayaxdı məclisilərinə getdiyini və yüksək qonarar aldığını açıqlaması olub. O, paylaşımında həmin qiymətlərin şişirdildiyini və xına tərtibatı etmədiyini bildirib:

“Buradan aparıcılara üzümü tutub deyirəm ki, əziz dostlarım, mən olmayan yerdə adımı çəkməyin. Bunu sizdən dönə-dönə xahiş edirəm.

Gəlin elə edək ki, aramızdakı hörmət uzunmüddətli olsun. Ümumiyyətlə, məni verilişə dəvət edəndə gəlmirəmsə, bu, o demək deyil ki, kim nə istədi danışmalıdır!

Bəs peşəkarlıq? İllərin salamı? Mətanət xanımı çox sevirəm. Amma yatsam da yuxuma girməzdi ki, o, araşdırma etmədən belə bir məlumat verər...

Mən xına tərtibatı etmirəm. Çünki buna vaxtım yoxdur. Lazım olanda biz də kiməsə müraciət edirik”.

Xatırladaq ki, Mətanət Əliverdiyeva aparıcısı olduğu “6/8” şousunda Xatirənin xına məclisləri təşkil etdiyini və 1000 AZN-dən 5000 AZN-ə qədər qonarar aldığını deyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər