Xatirə İslamdan duet ortağı Nicat haqda sərt ittihamlar
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Xatirə İslam duet ortağı Nicat Məhərrəmlinin onun adından istifadə etdiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.
Xatirə bildirib ki, Nicat dəfələrlə onun adından istifadə edərək insanlardan beh alıb:
"Əslində bu açıqlamanı çoxdan etməli idim, amma bu günə təsadüf etdi. Bunları demədiyimə görə, nə qədər ziyanlar çəkmişəm. Bu açıqlamanı məni tanıyanlara, dostlarıma, xalqıma etməliyəm ki, bilsinlər nə var, nə yox".
Nicat Məhərrəmli də məsələ ilə bağlı instaqram hesabında paylaşım edib:
"Dostlar, həyat çətin və keşməkeşlidir. Bəzən haqlı, bəzən isə haqsız oluruq. Bəzən haqlı olduğun halda haqsız duruma düşürsən. Bəzən də həqiqətən haqsızlıq edib böyük səhvlər edirik. Təbii ki, həyatda çox çətin anlar olur. İnşallah ki, hər şey yaxşı olar".
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...