Xatirə Nadiri ad günündə hönkür-hönkür ağlatdı - VİDEO

14
fev
2019
14:06
Xəbər verdiyimiz kimi, müğənni Nadir Qafarzadə şəhər restoranlarının birində doğum gününü qeyd edib. BAKU.WS-in məlumatına görə, tədbirdə yadda qalan məqamlardan biri müğənni Xatirə İslamın canlı ifasını dinləyən Nadir Qafarzadənin ağlaması olub. Sözügedən görüntüləri "Instagram" hesabında paylaşan X. İslam bu sözləri yazıb: "Əsl musiqini bu cür dərindən, içdən anlamaq üçün insan sənəti görün nə qədər sevməlidir? İnsan bu qədərmi musiqiyə həssas olar? Nadir Qafarzadə həm böyük ürəkli adam, həm böyük insan - bu iki söz birlikdə sənətkar deməkdir. Allahdan arzu edirəm ki, bizim səsimiz, sənətimiz, ifalarımız xalqımız tərəfindən həmişə belə sevilsin, qarşılansın. Bunun isə adı xalqın artistləridir". BAKU.WS
Oxşar xəbərlər
Xatirənin doğum günündə həyat yoldaşı onun üçün mahnı oxudu - VİDEO
Müğənni Xatirə İslamın fevralın 17-si ad günü olacaq. BAKU.WS-in məlumatına görə, bir çox sənət dostu ifaçını ötən gündən təbrik etməyə başlayıb. Hətta Xatirə...
