Xatirə Avropanın məşhur hamamında (VİDEO)
03
noy
2017
10:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Xatirə İslam Macarıstanın paytaxtı Budapeştdə istirahət edir. BAKU.WS-in məlumatına görə, müğənni məşhur "Seçeni" hamamında olub. Xatirə hamamda suyun 50 dərəcə isti olduğunu qeyd edib. Budapeştdə 27 dəniz hamamları işləyir. Ən məşhurları bunlardır: "Seçeni", "Gellert", "Lukaç", "Kiray" və "Rudaş". “Seçeni” müalicəvi xüsusiyyəti ilə tanınır. Burada 18 bağlı və açıq hovuz və 14 sauna var. Onun interyerinin qurulmasına Macarıstanın ən məşhur ustaları cəlb olunub. Bu hamamın əsas bəzəyi heykəltəraşlıq kompozisiyaları və vitrajlardır. İstirahət kompleksinə hər gün təxminən 4 min ziyarətçi baş çəkir. Amma bu rəqəm sizi qorxutmasın, hamıya yer çatar. BAKU.WS
Oxşar xəbərlər
Xatirə İslam canlı yayımda pərt oldu: "Sarımsaq iyi gəlir" (VİDEO)
Ötən gün Xəzər TV-də yayımlanan "5 də 5" verilişinin qonağı olan müğənni Xatirə İslam canlı yayımda pərt olub. BAKU.WS xəbər verir ki, verilişin aparıcısı Zaur...