Xanımından Rəşad İlyasova üç böyük hədiyyə
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün əvvəl ad gününü qeyd edən Əməkdar artist Rəşad İlyasova həyat yoldaşı Gülnarə İlyasova sürpriz edib.
BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, özəl gününü restoranlardan birində qeyd edən İlyasov sənət dostlarını gecəyə dəvət edib.
Xanımı gecədə səhnəyə çıxaraq ifaçı üçün xüsusi hazırlatdırdığı qızıldan bəzədilən mikrofonu hədiyyə edib. O, daha sonra Avropada təhsil alan oğlu Mirzəni məclisə gətirib.
"İcazə verməzdim ki, bu gün Mirzə Rəşaddan uzaq olsun" deyərək, oğlunun Bakıya gəldiyini bildirib.
Gecədə yaşanan görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Kişi fanatının bu addımı müğənnini şoka saldı
Müğənni Mert Demirin səhnə aldığı konsertlərindən birində diqqətçəkən hadisə yaşanıb. BAKU.WS xəbər verir ki, Yenikapıdakı konserti zamanı səhnəyə çıxan kişi p...