Xalq artistinin qızının 27 yaşı tamam oldu - FOTO

14
mar
2022
16:26
Bu gün Xalq artisti Mələkxanım Eyyubovanın qızı Nəzrin Nəcəfovanın ad günüdür.
BAKU.WS xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. İfaçı qızı Nəzrinlə fotolarını paylaşaraq onu ad günü münasibətilə təbrik edib:
"Canım Nəzrinim. Gözəl qızım. Nə yaxşı ki, varımızsan! Nə yaxşı ki, bu dünyaya gəlmisən. Doğum günün mübarək!"
Qeyd edək ki, Nəzrin Nəcəfova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsini bitirib. Hazırda o, modelyer və dizayner kimi çalışır.
Qalereya
Oxşar xəbərlər
Mələkxanım Eyyubova bloger qızı ilə verilişə qatıldı - VİDEO
Xalq artisti Mələkxanım Eyyubova bloger qızı Nəzrin Nəcəfova ilə verilişə qatılıb. BAKU.WS xəbər verir ki, ixtisasca rəssam olan Nəzrin anası ilə aparıcı Aytəki...
