Xalq artistinin qızından sürpriz ad günü təbriki - VİDEO

Xalq artistinin qızından sürpriz ad günü təbriki - VİDEO
Video
Şou-biznes 476

Xalq artisti Tünzalə Ağayevanın qızı onu ad günü münasibətilə təbrik edib.

BAKU.WS xəbər verir ki, “Səhər mərkəzi” proqramına qonaq olan sənətçiyə sürpriz edilib. Belə ki, onun Türkiyədə təhsil alan övladı Fidan canlı yayıma bağlanaraq anasını təbrik edib. O, Tünzaləyə cansağlığı və karyerasında uğurlar arzu edib:

“Həyatımdakı ən dəyərli varlığımı, canım anamı ad günü münasibətilə təbrik edirəm. Düzdür, son illər doğum günündə sənin yanında ola bilmirəm.

Amma ürəyim həmişə səninlədir və sənin yanındadır. Səni çox sevirəm. Yeni yaşında yeni uğurlara da imza atacağına inanıram. Yaxşı ki, mənim anamsan”.

Qeyd edək ki, Ağayevanın qızı Türkiyədə Bahçeşehir universitetindən məzun olub. Hazırda 23 yaşı olan Fidan Ağayeva təhsilini yenə də Türkiyədə davam etdirir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər