Xalq artistinin övladının toyu oldu - FOTO

Xalq artistinin övladının toyu oldu - FOTO
Foto
Şou-biznes 5164

Xalq artisti Murad Adıgözəlzadənin övladı Məryəmin toyu olub.

BAKU.WS xəbər verir ki, ötən gün Məryəm sevdiyi Maksim adlı gənclə ailə həyatı qurub.

Bu haqda aparıcı Hacı Nuran Hüseynov şəxsi “Instagram” hesabında məlumat verib.

O, cütlüyün şad günündən fotolarını paylaşaraq onları təbrik edib. Aparıcı fotolara bunları da əlavə edib:

“Sevgi üzərində qurulan ailələr bəxtəvər, xoşbəxt olur... Elə bu səbəbdən də düşünürəm ki, Maksim və Məryəm də bir ömür yolu bəxtəvər, xoşbəxt bir ömür sürəcəklər. Onların səadətləri gözlərindən süzülür. Bu səadətə təkcə mən, mənim kimi bütün qonaqlar şahidlik etdilər. Olduqca fərqli, gözəl toy keçdi, karantin şərtlərinə uyğun... Xoşbəxt olun, mənim əzizlərim. Sizə bir ömür boyu bəxtəvərlik arzulayıram. Allah xoşbəxt etsin”.

Qeyd edək ki, Məryəmin atası Murad Adıgözəlzadə Azərbaycan Dövlət Filarmoniyasının direktorudur. O, ikinci dəfə Avroviziya təmsilçilərimizdən olan Aysel Teymurzadə ilə ailə həyatı qurub. Onun bu evlilikdən 3 övladı var.

Son xəbərlər