Xalq artistindən xəbərdarlıq: “Xarici görkəmimi müzakirə etməyin!” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Məleykə Əsədova onun xarici görkəmini müzakirə edənlərə irad bildirib.
BAKU.WS xəbər verir ki, “7 canlı” proqramına qonaq olan ifaçı onun xarici görkəmindən deyil,
sənətindən, yaratdığı müxtəlif obrazlarından danışılmasını istədiyini qeyd edib:
“Mən uşaq olanda mələklərə bənzəmişəm: gözəl, qıvrımsaç qız olmuşam. Buna görə də atam mənə “Məleykə” adı verib. Məktəb illərində isə arıq zəif qız olmuşam. Deyirəm ki, həmin vaxtlar qəşəng olmamışam. Tapıblar şəkillərimi, qoyublar yanyana, müayisə edirlər: "Bu Məleykə xanımın 20 yaşı, bu da indiki halı..."
Cavanlıq özü gözəllikdir. Təki mənim yaşıma çatın, belə gözəl qalın. Mənim yaşımda qalın, məni qəlbdə qalın, mənim kimi gözəl olun. Mənim xarici görkəmimi müzakirə etməyin! Sənətimdən yazın”.
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...