Xalq artistindən Rəqsanənin sərt sözlərinə reaksiya - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Tünzalə Ağayeva müğənni Rəqsanə İsmayılovanın onun ünvanına dediyi qalmaqallı sözlərə münasibət bildirib.BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, müğənni Əməkdar artist Nərgiz Cəlilovanın sosial şəbəkədə paylaşdığı sözləri öz İnstaqramında yayıb.
Fransız yazıçısı Deni Didroya aid olan sözlərdə bunlar yer alıb:
"Xoş deyil kimsəni məzəmmət etmək,
Bilmədən, görmədən həqarət etmək.
"Yaxşılıq" təqdirəlayiq hərəkət,
Minnətsiz olması böyük məharət!
Allah da gizlidir, əsl mərhəmət,
Əməl sahibinə verilən qiymət.
Yalnız yaxşılıq etmək kifayət deyil,
Yaxşılığı incəliklə etmək də vacibdir".
Tünzalə daha sonra paylaşımına Rəqsanə ilə bağlı yazılan şərhlərə bəyəni işarəsi qoyub.
Qeyd edək ki, Rəqsanə T.Ağayevanın ünvanına "15 min toydan pul alırsınız. Yarısını xalqa xərcləyin də. Hara aparacaqsınız, öləndə özünüzlə aparmayacaqsınız. Dövlət məmurlarının uşaqlarının toylarını oxuyurdunuz. "Xalq artisti" adını alıb şokolad mağazası açmaqla deyil. Tünzalə Ağayeva, şokoladı göndərirsiniz müğənnilərin evinə, reklam edirsiniz. Səni sevən xalqa kömək et. Bağlatdır o şokoladdan on qutu, göndər on yetimin evinə" sözlərini deyib.
Oxşar xəbərlər
Azərbaycanın məşhur qohumları - FOTO
Azərbaycanın mədəniyyət, incəsənət və şou-biznes aləmində bir-birindən məşhur qohumların sayı yetərincədir. BAKU.WS sözügedən məşhurların siyahısını təqdim edir...