Xalq artistinə səhvən xərçəng diaqnozu qoyuldu, ölümdən döndü

25
dek
2018
16:44
Xalq artisti Zabit Nəbizadə həkimlərin səhvinə görə səhhətində xeyli problem yaşayıb.BAKU.WS-in Oxu.az-a istinadən xəbərinə görə, o, bu barədə aparıcı Nanə Ağamalıyevaya “Şou ATV” proqramında məlumat verib.Xalq artisti dörd dəfə əməliyyat olunduğunu, son əməliyyatında isə hətta narkoz deyil, “novakain”lə əməliyyat edildiyini və səsinin xəstəxana divarları arasına yayıldığını söyləyib.“Dörd dəfə buna görə əməliyyat olundum. Birini narkozsuz, “novakain”lə etdilər. Ağrı o dərəcədə hiss olunurdu ki, çığırtımı birinci mərtəbədə eşidənlər yuxarıda nə olduğunu soruşurmuşlar”.Bel yırtığı olduğu halda xərçəng diaqnozu qoyularaq kimyəvi şüalar verilən Xalq artisti Zabit Nəbizadə bunu Allahın sınağı kimi dəyərləndirib.BAKU.WS
Oxşar xəbərlər
Ali məktəbdə dərs deyən müğənni və xanəndələr - SİYAHI
Yəqin ki, çoxunuz gündəlik efirlərdə gördüyünüz əməkdar və xalq artistlərinin pedaqoji fəaliyyətindən xəbərsizsiniz. BAKU.WS bu dəfə ali məktəblərdə dərs deyən...
