Xalq artisti Zaur Rzayev: "Özünə iş tapmayanlar efiri işğal edib"

"Səsi, sənəti olan adamın həmişə böyük abır-həyası olur. İndi səsi olmayanlar dəbdədir. Onlar yalnız efirdə çayxana söhbətləri edirlər. İstər kişisi, istərsə də qadını. Biri-birlərini tərifləyirlər, şabaş verirlər. Bizim vaxtımızda bele şeylər ayıb idi".
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev "Günə bax" verilişində deyib. Sənətçi səsi olmayanların efiri işğal etdiyini bildirib:
"O vaxt rayondan toy danışmağa gəlirdilər. Deyirdik ki, nə danışmaq, əsas o günə boş olaq. Pul danışmırdıq, deyirdik ki, nə istəsən verərsən. Amma indi heç yerdə özünə iş, sənət tapmayanlar gəlib efiri işğal edib. Oğlanlar var ki, boyu 2 metrdir.
Dərnəgüldə körpünün altında dayanır, günü 30 manata iş axtarır. Amma bizdə qızlar var ki, saçına, gözünə əl gəzdirir, onu oraya, bunu da buraya qoyur, özünü düzəldir və deyir ki, toya 7 minə gedirəm. Mənim ağıllı xalqım, onlara verilən pulu kəsin, kasıbla, yetimlə paylaşın".
Oxşar xəbərlər
Cenk Eren infarkt əleyhinə tədbirlər gördü
Müğənni Cenk Eren, səhnədə infarkt keçirərək vəfat edən həmkarları Metin Arolat və Volkan Konak hadisələrindən sonra tədbir gördüyünü açıqlayıb. BAKU.WS xəbər v...
