Xalq artisti: "Yolda gördüyüm əsgərin cibinə pul qoyuram"
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Ofeliya Sənani hərbçilərə olan sevgisindən danışıb.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, sənətçi "Günə uğurla" verilişində əsgərlərlə bağlı duyğulu xatirələrini bölüşüb.
O, yolda rastlaşdığı əsgərlərə münasibətindən, onlarla fəxr etdiyini necə ifadə etdiyindən söz açıb:
"Yolda əsgər görəndə qaçıram onun arxasınca, qolunu qucaqlayıram. Onlarla fəxr edirəm, hərbi geyimdən xoşum gəlir. Formasından öpürəm. Əsgər isə diksinir və çevrilib baxır, deyir ki, "Siz Ofeliya xanım deyilsiniz?". Cavab verirəm ki, bəli Ofeliyayam. Soruşur ki, "Məni nə üçün öpürsünü?". Deyirəm yəqin ki, ananla görüşə gedirsən. Ona görə səni öpür, bağrıma basıram. Cibinə də pul qoyuram, ananın yanına əli boş getmə".
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...