Xalq artisti Vaqif Şərifov dəfn edilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə Dövlət Dram Teatrının rejissoru, Respublikanın Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Qızıl Dərviş” mükafatı laureatı Vaqif Abdulla oğlu Şərifov son mənzilə yola salınıb.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, Xalq artisti ilə vida mərasimi Gəncə Dövlət Dram Teatrında keçirilib. Mərasimdə mərhumun yaxınları, sənət dostları, aktyorlar və şəhər ziyalıları iştirak edib.
Məlumat üçün bildirək ki, Vaqif Şərifov bu gün sabah saatlarında dünyasını dəyişib. 78 yaşlı Xalq artistinin səhhətində ciddi problemlər yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Vaqif Şərifov 12 avqust 1943-cü ildə Qazax mahalında anadan olub. O, 1960-cı ildən Gəncə Dövlət Dram Teatrda əmək fəaliyyətinə başlayıb, 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Rejissorluq” fakültəsini bitirib.
Qalereya
Oxşar xəbərlər
Beş dəfə evləndi, həbsxanada yatdı, həkimlər ölümünə bais oldu - Xalq artistinin hekayəti
Bu gün Xalq artisti Hacıbaba Bağırovun anım günüdür. Hacıbaba Bağırovun atası Ağarza “Passaj” bazarının direktoru olub. Həmçinin uzun illər “Muskomediya”nın inz...