Xalq artisti Toppuş bacıdan yazdı: "Həyata gözəl dərs verdin" deyib, saçlarınızdan öpəcəm" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün sosial şəbəkələrdə Əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) yeni görüntüsü yayılıb.
BAKU.WS xəbər verir ki, uzun müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparan aktrisanın aldığı kimyaterapiyalar səbəbindən saçlarının, qaşının və kirpiklərinin tökülməsi diqqətdən yayınmayıb.
Xalq artisti Flora Kərimova Tünzalə Əliyeva ilə bağlı paylaşım edib. Sənətçi aktrisaya dəstək olaraq onun tez zamanda xəstəliyə qalib gələcəyini bildirib:
"Tünzalə qızım, xoşbəxt insan, ətrafındakı insanların ona olan rəğbətinə şahidlik edəndir! Xoşbəxt sənətçi isə şadlığına sevinən, kədərini bölüşən tamaşaçısı olandır! Ömrün bu bəxşişlərini çoxdan almısınız! Həyatın dəyəri, insanın mənliyidir!
Əminəm, keçəcək. Sizin sevginizdən, niyyətinizdən, arzularınızdan əminəm. Tanrının böyüklüyündən və yaxın günlərdə "Həyata gözəl dərs verdin, qızım" deyib saçlarınızdan öpəcəyimdən əminəm!"
Qeyd edək ki, xəstəlik artıq Tünzalə Əliyevanın daxili orqanlarına yayılıb.
Oxşar xəbərlər
Həsənağa Turabovla eşq yaşadı, əri ona alınan maşını İlhamə Quliyevaya bağışladı, övladlığa uşaq götürdü...
BAKU.WS Kulis.az-a istinadən böyük sənətkar, estrada musiqilərinin əvəzolunmaz ifaçısı, Xalq artisti Flora Kərimova haqqında maraqlı faktları təqdim edir. Flora...