Xalq artisti telekanalları yerə vurdu: Çağırsalar da, getmərəm
08
iyn
2018
10:04
Bir çox bəstəkarlardan fərqli olaraq, xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinov mahnılarını satmadığını bildirib.BAKU.WS yenicag.az-a istinadən xəbər verir ki, bəstəkar gileylənib:“Mahnılarımı satmıram, məni dövlət saxlayır. Bununla belə, hesab edirəm ki, musiqilərim “Youtube” və digər kanallarda, eləcə də konsertlərdə ifa olunan zaman əldə olunan qazancdan müəllifə qonorar ödənməlidir. Təkcə elə “Kaman” mahnım 15 milyon izləmə rekordu qırıb. Hər halda, müəllif də buna görə qazanc əldə etməlidir, təbii ki, zəhmətinin bəhrəsi olaraq. Həmin mahnıların müəlliflik hüququ qorunmalıdır”.Xalq artisti son vaxtlar efirlərdə görünməməsinə də aydınlıq gətirib:“Başım yaradıcılıq işlərinə qarışıb. Efirlərdə yoxam. Qalmaqal edən o verilişlərə heç baxmıram, çünki mənim üçün maraqsızdır. Heç o verilişlərə çağırsalar da, getmirəm. Onlardan mənə sual verməyin. Onlar bilir kimi çağırmaq lazımdır. Verilişdə mövzu, dialoq, tərəf müqabili olmalıdır. Get, səni televizorda göstərsinlər, bu, mənlik deyil. Uşaq deyiləm ki, hər verilişə çıxım. Vaxtımı daha səmərəli işlərə sərf edirəm”.BAKU.WS
Oxşar xəbərlər
Xalq artistindən Zaur Kamala ağır sözlər: Axmaq-axmaq...
Xalq artisti, tanınmış diktor Sabir Ələsgərli aparıcıların efirdə özlərini apara bilməməsindən danışıb.BAKU.WS yenicag.az-a açıqlama verən diktor belə həmkarlar...