Xalq artistindən Zaur Kamala ağır sözlər: Axmaq-axmaq...

Xalq artistindən Zaur Kamala ağır sözlər: Axmaq-axmaq...
Şou-biznes 14106
Xalq artisti, tanınmış diktor Sabir Ələsgərli aparıcıların efirdə özlərini apara bilməməsindən danışıb.BAKU.WS yenicag.az-a açıqlama verən diktor belə həmkarlarına görə yerli televiziyalara baxmadığını bildirib:“ATV-nin xəbər aparıcıları xoşuma gəlir, bir də Az.TV-nin verilişlərini izləyirəm. Onlarda səviyyə, peşə etikası qorunub saxlanılır. Amma şou verilişlərində həddi aşırlar. Məsələn, Zaur Kamal verilişdə çox şitlik edir, dəvət etdiyi qonağa axmaq-axmaq suallar verir. Bəzən qonaq onu gülə-gülə yola vermək məcburiyyətində qalır. Bəziləri də əsəbiləşir. Efiri məzhəkəyə çevirmək olmaz, ayıbdır. Şou verilişi o demək deyil ki, özünü istədiyin kimi aparasan. Qarşındakına və izləyicilərə hörmət etmək sənin borcundur. Belə verilişlərə baxanda çox əsəbiləşirəm, ona görə də baxmıram”.BAKU.WS

Son xəbərlər