Xalq artisti: "Şəkidə 2 ev tikdirdim, Bakıda da mənzil aldım, 11 uşaq oxutdum" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Könül Xasıyeva yeni açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, "Üzə-düz" proqramına qonaq olan ifaçı sənətindən qazandığı pulla yaxın qohumlarına xeyli yardım etdiyini bildirib. Daim onlara maddi və mənəvi dəstək olan Xasıyeva 11 şagirdə ali təhsil verdiyini açıqlayıb. Xalq artisti Şəkidə iki, Bakıda isə bir ev aldığını da qeyd edib:
“Heç vaxt baha qiymətə toya getməmişəm. Çalışmışam ki, məni görmək istəyən insanların məclisində iştirak edim. Şəkidə 2 ev tikdirdim. Burada da mənzil aldım. Sonra böyük qardaşıma rayonda, burada balaca qardaşıma ev tikdirdim. Bütün qohumlarımın, tanışlarımın, rəfiqələrimin uşaqlarına, kim yanıma gəlirdisə, hamısına təhsil vermişəm, oxutmuşam. Hazırlığa göndərmişəm. Bunlar hamısı göz qabağında olan şeylərdir.
11 uşaq oxutmuşam, 3 qız ərə vermişəm, 2 oğul evləndirmişəm. Bir ailə başçısı iki övladını ancaq çalışıb bir yerə çıxarda bilir. 11 uşağın hamısının təhsil alması üçün 12 yaşından onların maddi tələbatlarını ödəmişəm. Hərəsi 4 müəllim yanına gedib. Həyatımı onlara sərf eləmişəm”.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...