Xalq artisti: "İkinci arvada "dublyor" kimi baxıram" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Aktyor olduğum üçün rəhmətlik həyat yoldaşımı mənə vermirdilər. Atam da o fikirdə idi. Hamı bu sənəti qəbul etmirdi. Qayınatam taksi sürücüsü idi. Dedilər, oğlan rejissordur. Dedi, nə? O lap pisdi. Rejissor aktyorlara öpüşməyi, qucaqlaşmağı öyrədir. Durun gedin! Bax, belə bir hadisə olmuşdu. Güc bəla ilə bir neçə aya razılıq ala bildik. Amma sonradan məni çox istədi".
BAKU.WS xəbər verir ki, bu sözləri Xalq artisti Valeh Kərimov "Üzə-düz" proqramına qonaq olarkən deyib. Həyat yoldaşından danışan aktyor onun vəfatından sonra ikinci dəfə evlənmədiyini bildirib:
"Həyat yoldaşım bədbəxt hadisə nəticəsində illər əvvəl vəfat etdi. Şüurlu surətdə ikinci dəfə evlənmədim. Övladlarımla yaşayıram, mənə çox yaxşı baxırlar. Teatrda bir rolu iki aktyor oynayır. İkinciyə "dublyor" - əvəzedici deyirlər. Mən ikinci arvada "dublyor" kimi baxıram. O nə məni, nə də övladlarımı ürəkdən sevə biləcək. Ona görə də dedim ki, lazım deyil. Uşaqlarıma desə ki, bunu belə yox, belə qoy, biləcəm ki, evdə hegemonluq edir".
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...