Xalq artisti: "Evin içində tuta-tuta gəzirəm"
Yeniliklərdən dərhal xəbərdar olun
"Neçə müddətdir ki, çölə çıxa bilmirəm. Evin içində tuta-tuta gəzirəm. Artıq buna öyrəşmişəm, heç bilmirəm vaxt necə gəlib-gedir, darıxmıram".
BAKU.WS xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Xalq artisti Ofeliya Sənani deyib.
O bildirib ki, hazırda müalicəsini davam etdirir: "Ayaqlarım çox pis ağrıyır. Əsadan istifadə edirəm. Evdən çölə çıxmıram. Övladlarım, nəvələrim gəlib mənə baş çəkirlər, məni tək qoymurlar. Bu bayramda da yanımda oldular. Nə etmək olar, yaş öz sözünü deyir, xəstəlikləri gətirir. Buna da şükür edirəm. Bir müddət öncə heç danışa bilmirdim. Bilirsiniz ki, infarkt keçirmişdim. İndi xeyli yaxşılaşmışam".
Xatırladaq ki, Xalq artisti ötən il infarkt keçirmişdi. Ona həm də ağciyər ödəmi diaqnozu qoyulmuşdu.
Oxşar xəbərlər
Məşhur müğənni 25 tələbəyə 1 milyon lirə təqaüd verəcək: "Əlini daşın altına qoymalısan"
Türkiyəli müğənni Çelik 25 tələbəyə ümumi dəyəri 1 milyon lirəyə çatacaq təqaüd yardımı göstərəcəyini açıqlayıb. BAKU.WS xəbər verir ki, sənətçi Murat Dinlerin...