Xalq artisti boşandığı həyat yoldaşı ilə görüntüsünü paylaşdı - FOTO

Xalq artisti boşandığı həyat yoldaşı ilə görüntüsünü paylaşdı - FOTO
Şou-biznes 388

Xalq artisti Naibə Allahverdiyeva yeni paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, aktrisa instaqram hesabında boşandığı əri ilə fotosunu yayımlayıb.

Xalq artisti paylaşımına "İnsan gücsüz olduğu üçün ağlamaz, uzun zaman güclü olduğu üçün ağlayar" qısa şərhini də əlavə edib.

Məlumat üçün bildirək ki, Naibə Allahverdiyeva "Günün sədası" proqramına müsahibəsi zamanı ərini sevmədiyini və ondan ayrıldığını bildirib:

“Həyat yoldaşı öz qadınını xoşbəxt etməlidir. O, məni xoşbəxt etmədi. Mən onu əvvəlki kimi sevmirəm. Sevgini qazanmaq lazım idi, itirmək yox”.

Xatırladaq ki, N.Allahverdiyeva ikinci dəfə 2016-cı ilin dekabrında ailə həyatı qurub. Aktrisanın birinci nikahından Məryəm adlı qızı var.

Xalq artisti boşandığı həyat yoldaşı ilə görüntüsünü paylaşdı - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər