"WhatsApp"da virus YAYILDI
Populyar "WhatsApp" messencerində virus yayılıb.
BAKU.WS-in lent.az-a istinadən verdiyi xəbərə görə, zərərli proqram təminatı düşdüyü istənilən cihazdan şəxsi məlumatların surətini çıxararaq öz tərtibatçılarına ötürür.
Hakerlər fotolar, videolar, istifadəçi şifrələri və digər mühüm məlumatları birbaşa akkauntlardan oğurlamağı bacaran virus hazırlayıblar. Artıq bir çox insan bu cür virtual fırıldaqçılığın qurbanı olub. Belə ki, naməlum nömrədən guya təsadüfi qazanılan mükafat barədə istifadəçiyə məlumat gəlir. Qurbanlar bu məlumatı açan kimi virus fəaliyyətə başlayır.
"WhatsApp"ın məlumat təhlükəsizliyi xidməti problemin aradan qaldırılması üzərində işləyir. Yaxın zamanlarda xidmət ənənəvi rejimdə işləyəcək.
BAKU.WS
Oxşar xəbərlər
“WhatsApp”dan daha bir yenilik
"WhatsApp” messencerində istifadəyə verilmiş "Status” opsiyası avtomatik silinən şəkil və videolar dərc etməyə imkan verir. Bu funksiya "Instagram Stories”, "Sn...